DR.DERMAN Buffer İşgəmbə Tənzimləyicisi
“Heyvanınız yemi istehlak edir, lakin yemin əsl gücündən nə qədər faydalanır? Məhsuldarlığın başladığı yer yemlik deyil, işgəmbədir.”
Xüsusilə nişasta baxımından zəngin yemlər işgəmbədə sürətli fermentasiyaya səbəb ola bilər.
Bu vəziyyət işgəmbənin turşu balansını poza, yem istehlakına və həzmə mənfi təsir göstərə bilər.
Məhz bu nöqtədə Dr. Derman Buffer İşgəmbə Tənzimləyicisi işə düşür.
Bəs Buffer nə işə yarayır?
Ən sadə şəkildə; işgəmbənin turşu balansının qorunmasına, gəvəmənin dəstəklənməsinə və yemin daha yaxşı qiymətləndirilməsinə kömək edir.
Xüsusilə nişasta baxımından zəngin tərkibə malik yemlərdən istifadə olunan təsərrüfatlarda, işgəmbə sağlamlığını dəstəkləmək üçün vacib bir köməkçi məhsul kimi istifadə edilə bilər.
Bəs tərkibində nə var?
Dr. Derman Buffer-in formulunda üç fərqli dəstək mexanizmi mövcuddur.
İlk olaraq natrium bikarbonat, maqnezium oksid və əhəngli yosun kimi tamponlayıcı maddələrdən istifadə olunur.
Bunlar işgəmbədə yaranan turşu yükünün balanslaşdırılmasına kömək edir.
İkinci olaraq bentonit və klinoptilolit kimi toksin bağlayıcılar mövcuddur.
Bunlar yemlərlə qəbul edilə biləcək arzuolunmaz maddələrin bağlanmasına kömək edərək həzm sistemi sağlamlığının dəstəklənməsinə töhfə verir.
Üçüncü olaraq isə canlı maya mövcuddur.
Canlı maya da həzm sistemi və rumen mühitinin dəstəklənməsinə kömək edir.
Yəni Dr. Derman Buffer sadəcə tək yönlü işləyən bir məhsul deyil.
Tamponlayıcılar, toksin bağlayıcılar və canlı maya bir yerdə işləyərək işgəmbə və həzm sistemini dəstəkləyir.
Bəs müntəzəm istifadədə nə gözləyə bilərsiniz?
Daha sağlam bir işgəmbə mühiti, daha nizamlı gəvəmə, yem istehlakının və həzmin dəstəklənməsi…
Bundan əlavə, ishal kimi həzm sistemi problemlərinin görülmə tezliyinin azaldılmasına, istilik stresinin mənfi təsirlərinin azaldılmasına və isti dövrlərdə süd məhsuldarlığı ilə süd yağındakı enişlərin məhdudlaşdırılmasına kömək edə bilər.
Xüsusilə yay aylarında və yüksək konsentrat yem istifadə olunan dövrlərdə işgəmbə balansına daha çox diqqət yetirmək lazımdır.
İstifadəsi də olduqca asandır.
Sağılan inək və besi heyvanlarında heyvan başına gündəlik 80 ilə 100 qram,
qoyun və keçilərdə isə gündəlik 8 ilə 10 qram istifadə edilməsi tövsiyə olunur.
Laktik asidoz riskinin yüksək olduğu hallarda isə tövsiyə olunan dozanın yüzde 50 nisbətində artırılması məsləhət görülür.
Üstəlik məhsulun tərkibində mərmər tozu, kəpək kimi dolğu materialları yoxdur.
Yəni formul, işgəmbə sağlamlığını dəstəkləməyə yönəlmiş fərqli komponentləri bir araya gətirir.
Əgər heyvanınızın yediyi yemden daha yaxşı faydalanmasını, işgəmbə balansını dəstəkləməyi və xüsusilə intensiv yemləmə dövrlərində həzm sistemini qorumağı hədəfləyirsinizsə, Dr. Derman Buffer-i dəyərləndirə bilərsiniz.
Yem verirsinizsə, işgəmbəni də düşünün.
Daha balanslı bir işgəmbə, daha yaxşı yem qiymətləndirmə, daha məhsuldar bir təsərrüfat üçün,
Dr. Derman Buffer İşgəmbə Tənzimləyicisi.
